Xanəndə festivala qatılacaq

Xanəndə Qocaq Əsgərov Texasda keçiriləcək "Amerika Cənub-Qərb Dünya Musiqisi Festivalı"ında Azərbaycanı təmsil edəcək. SİA-nın verdiyi xəbə görə, Mədəniyyət və Turizm Nazirliyi musiqiçi heyətinin dünya miqyaslı festivalda iştirakına dəstək göstərib. Qocaq Əsgərov martın 10-da yola düşəcək.

Qeyd edək ki, musiqiçilər martın 12-də geniş konsert proqramı ilə çıxış edəcək. Daha bir konsert isə növbəti günlərə planlaşdırılıb. Təmsilçilər arasında iki konsert azərbaycanlıların payına düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə