Psixloq və teleaparıcı İlham Mirzəyev keçmişindən söz açıb. Teleaparıcının sözlərinə görə, illər öncə ailəsi ilə birgə çox əziyyətlər çəkib. Bu haqda SİA-ya danışan psixoloq evlərinin belə olmadığını etiraf edib: "Uşaq vaxtı mənzilimiz yox idi. Ailəmlə birgə daxmada yaşayırdıq. Evimizin arxası məktəb hasarı idi. Əgər sözügedən məktəbin hasarı sökülsə, biz çöldə qalmalı olacaqdıq. Daxmamızda 1 dəmir yataq var idi. O yataqda da mən, qardaşlarım və atam yatırdıq. Anam isə qapının ağzında yatır kürəyini ora dayayırdı. Qapımız da taxtadan idi. Böyüdükcə anladım ki, anam övladlarını soyuqdan qorumaq üçün qapının yanında yatır. Onu da deyim ki, anamın əziyyətlərini heç nə ilə əvəz edə bilmərəm. Atamı isə çox vaxtsız 58 yaşında itirdim. Hazırda atalı olan insanlara həsəd aparıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB