"Oskar-2014"-ün ən yaddaqalan anları

"Oskar-2014"-ün ən yaddaqalan anları

"Oskar" mükafatlandırma mərasiminin 2014-cü il üçün qalibləri müəyyənləşib. SİA-nın verdiyi xəbərə görə, tədbiri aktrisa Ellen Deceneres idarə edib. Gecənin ən uğurlu əsəri 7 "Oskar" alan "Gravity" ("Qravitasiya") filmi olub. Ancaq mərasimdə mükafatsız qalan da olub. Belə ki, 2 nominasiya üzrə namizəd olan məşhur aktyor Leonardo Di Kaprio bu dəfə mükafatsız qalıb.

"Ən yaxşı film": "12 Years A Slave" ("12 illik əsarət")
"Ən yaxşı rejissor": Alfonso Kuaron – "Gravity" ("Qravitasiya")
"Ən yaxşı aktrisa": Keyt Blanket – "Blue Jasmine" ("Mavi yasəmən")
"Ən yaxşı aktyor": Mettyu Makkonaxi - Dallas Buyers Club ("Sərhədsizlər klubu")
"Ən yaxşı ikinci dərəcəli aktyor": Jared Leto - Dallas Buyers Club

"Ən yaxşı ikinci dərəcəli aktrisa": Lupita Nyonqo – "12 Years A Slave"

"Ən yaxşı operator": Emmanuel Lubezki – "Gravity"

"Ən yaxşı geyim dizayneri": Ketrin Martin – "The Great Gatsby" ("Böyük Qetsbi")
"Ən yaxşı saç və makiyaj dizayneri": Adruita Li, Robin Mathyuz – "Dallas Buyers Club"
"Ən yaxşı qısametrajlı animasiya": Mr. Hublot - Lorent Uitz və Aleksandr Espiqares

"Ən yaxşı animasiya": "Frozen" ("Soyuq qəlb")
"Ən yaxşı vizual effekt": Tim Uebber ve Brayan Koks – "Gravity"
"Ən yaxşı qısametrajlı film": "Helium" - Anders Uolter ve Kim Maqnusson
"Ən yaxşı qısametrajlı sənədli film": "The Lady in Number 6" ("6-cı nömrədəki qadın") - Malkolm Klark ve Nikolas Rid

"Ən yaxşı sənədli film": "20 Feet From Stardom" ("Ulduz olmağa 20 fut") - Morgan Nevil, Gil Frizeri ve Ketrin Rocers

"Ən yaxşı xarici film": "The Great Beauty" ("Möhtəşəm Gözəllik") - Paolo Sorrentino - İtaliya
"Ən yaxşı səs effekti": "Gravity" - Skip Levzi
"Ən yaxşı səs montajı": "Gravity"
"Ən yaxşı montaj": "Gravity" - Alfonso Kuaron ve Mark Sanqer
"Ən yaxşı dizayn": Ketrin Martin ve Beverli Din – "The Great Gatsby"
"Ən orijinal musiqi": Stiven Prays – "Gravity"
"Ən yaxşı musiqi": "Let It Go" - Kristen Anderson Lopez və Robert Lopez, "Frozen" animasiya filmi
"Ən yaxşı adaptasiya olunmuş ssenari": Con Raydli – "12 Years A Slave"
"Ən yaxşı orijinal ssenari": Spayk Conz – "Her" (Eşq)

Bütün xəbərlər Facebook səhifəmizdə