Aşıq Samirə haqqında xoşagəlməz xəbər yayılıb. Deyilənlərə görə, sənətçi həyat yoldaşı Rizvandan boşanıb. Məlumatı dəqiqləşdirmək üçün Samirənin özü ilə əlaqə saxladıq. Aşıq ifaçısı SİA-ya açıqlaması zamanı xəbərin doğru olduğunu söylədi: "Həyat yoldaşım Rizvandan 2013-cü ilin dekabr ayında boşanmışam. Ayrılmağımızın səbəbini sizə açıqlaya bilməyəcəm. Çünki ailə daxili məsələdir. Aramızda güclü davamız da olmayıb. Hazırda Rizvanla münasibətimiz var və dostuq. Onu da deyim ki, oğlum istədiyi vaxt atasını görür. Xüsusi ilə qeyd edim ki, onunla mənim ki, alınmır. Yenidən barışmağımız da imkansızdır".
Aşıq Samirə həyat yoldaşı Rizvanla ayrıldığı üçün depresiyada olmadığını da bildirdi: "Ərimdən boşanmağım faciə olsa da depresiyada deyiləm. Başımı uşaqlarıma və işimə qatıram".
Qeyd edək ki, Rizvan Samirənin ikinci həyat yoldaşıdır. Samirənin ilk evliliyindən bir qızı və Rizvandan bir oğlu var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB