"Bozbash pictures" yumoristik serialında "Şirin" obrazını canlandıran aktyor Nicat Rəhimov burnunu əməliyyat etdirib. Bu haqda SİA-ya danışan Nicat nəfəs aldıqda problemi olduğunu söyləyib: "Burnumdan rahat nəfəs ala bilmədiyim və görünüşündən narazı olduğum üçün əməliyyat etdirdim. Hazırda yaxşıyam. Ancaq dünən çox ağrılarım var idi. Onu da deyim ki, əməliyyat olunan zaman klinikanın bütün həkimləri və tibb bacıları mənimlə şəkil çəkdirirdi. Onların bu hərəkətlərini görüb çox sevindim. İçimdə bir daha əmin oldum ki, məni sevənlər də var".
Aktyor onu tamaşaçılara sevdirən "Bozbash pictures" serialından da söz açıb: "Sözügedən serial səhhətimə görə dayandırılmayıb. Gələn seriada gips vəziyyətində efirə çıxacağam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB