Məhşur cütlük nişanlandı

Türkiyənin tanınmış cütlüyü müğənni Kenan Doğulu və aktrisa Beren Saat münasibətlərini rəsmiləşdirib. SİA-nın verdiyi xəbərə görə, sevgililər İstanbulun Çubuklu səmtindəki "Balıkçı Abdullah" restoranında nişanlanıb.

Nişan mərasimində yalnız Berenle Kenanın ailələri və ən yaxın dostları iştirak edib. Gecədə 50 nəfərə qədər qonağın olduğunu bildirilir.

Qeyd edək ki, nişan mərasiminə media nümayəndələri buraxılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə