Tarzən Humay Qədimova klassik estrada janrından "Ala gözlüm" mahnısına müraciət edib. İfaçı SİA-ya açıqlaması zamanı bu bəstəni çox sevdiyini bildirib: "Hamı kimi mən də "Ala gözlüm"ü sevilən sənətkarımız Akif İslamzadənin repertuarında dinləyib, sevmişəm. Düşündüm ki, illərdir dinlədiyim bu kompazisiyanı yeniləyim. Tar elə bir alətdir ki, hər musiqini özününküləşdirə bilmir. Amma mən xarici, milli estrada və müxtəlif janrlarda ifa imkanımı nümayiş etdirməyə çalışıram. "Ala gözlüm" mahnısını hazırlayarkən onu mükəmməlləşdirmək üçün çalışdım. Eyni zamanda kiçik musiqili əsərə digər alətlərin ifasını daxil etdim".
Qeyd edək ki, repertuar təzələyən Humay bir-birinin ardınca yeni mahnılar təqdim edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB