Aybəniz Haşımova qızına görə işə düşdü

Aybəniz Haşımova qızına görə işə düşdü

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişanın adından sosial şəbəkədə saxta profil açılıb. Buna görə də xanım Haşımova Hüquq Mühafizə Orqanlarına müraciət edib. Bu haqda SİA-ya sənətçinin özü danışıb: "Kimsə mənim övladımın adıyla saxta facebook səhifəsi açıb, insanlara dostluq göndərir. Özünü Aynişan kimi təqdim edir. Mən də ona mesaj yazaraq saxta profilin bağlanmasını tələb etdim. Amma o, reaksiya vermədi və elə bildi ki, zarafat edirəm. O, mənim zarafatımı görəcək".

Qeyd edək ki, Hüquq Mühafizə Orqanları həmin şəxsin kimliyini aşkar ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə