Bu gün əməkdar artist Firuzə İbadovanın doğum günüdür. 60 yaşlı sənətçi ad gününü ailəsi ilə birgə keçirəcək. Bu haqda SİA-ya açıqlama verən əməkdar artist bir çox sənət dostlarından təbrik aldığını da deyib: "Bu gün məni ilk olaraq xalq artisti İlhamə Quliyeva, əməkdar artistlər Cavanşir Məmmədov, Aybəniz Haşımova və digərləri təbrik edib. 60 yaşımı ailəm və dostlarımla birgə qeyd edəcəm".
Qeyd edək ki, xanım İbadova 1954-cü il də fevralın 18-də Bakıda anadan olub. Asəf Zeynallı adına musiqi texnikomunu bitirib. 1963-ci ildə uşaq yaşlarında səhnəyə gələn müğənninin ilk oxuduğu ansambl Əfsər Cavanşirovun xoru olub. Uzun illər "Azkonser"tin, "Dan ulduzu" ansamblının, Azərbaycan Dövlət Televiziyasının solisti kimi çalışıb. Firuzə İbadova görkəmli sənətkar Şövkət Ələkbərovanın tələbəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB