Meyxanaçı Nicat Məna film çəkəcək

Meyxanaçı Nicat Məna film çəkəcək

Meyxanaçı Nicat Məna Milli qəhrəman Mübariz İbrahimov haqqında film çəkməyi planlaşdırır. O, bu haqda SİA-ya açıqlama verərək sözügedən layihə üçün vəsait ayrıldığını da bildirib: "Milli qəhrəman Mübariz İbrahimov haqqında film çəkirik. Bu layihə ilə bağlı bizə bir çox tanınmış insanlar kömək olacaq. Onu da deyim ki, Mübariz İbrahimov haqqında çəkdiyimiz filmə görə vəsait də ayrılıb. Ancaq məbləğin nə qədər olduğunu sizə açıqlaya bilməyəcəm. Nəzərinizə çatdırım ki, qəhrəmanlıq ruhda film çəkməyimizə əsas səbəb gələcək nəslə örnək olmaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə