Rza Zerrab azadlığa buraxılacaq

Türkiyədə 17 dekabr rüşvət və korrupsiya ilə bağlı keçirilən əməliyyat nəticəsində həbs olunan biznesmen Rza Zerrab fevralın 25-də azadlığa buraxılacaq. SİA-nın verdiyi xəbərinə görə, bu haqda Cümhuriyyətçi Xalq Partiyasının (CHP) sədr müavini, millət vəkili Gürsel Tekin çıxış edib: "Fevralın 25-də Rza Zerrab azadlığa buraxılacaq. 76 milyon insana hörmətiniz varsa Rza Zerrabın ofisinə girib-çıxanların video-çarxını ictimaiyyətə göstərin. O kadrları görənlər siyasətə nifrət edəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə