Xanəndə Elnarə Abdullayeva keçmişinə qayıdıb. Muğam ifaçısı SİA-ya açıqlama verərək sənətə yeni gələn zaman bir çox əziyyətlər çəkdiyini dilə gətirib: "İllər öncə konsert vermək istəyirdim. Lakin pulum olmadığı üçün qardaşımın evini banka əmanət qoyub, konsertimi keçirdim".
Elnarə Abdullayeva sənət aləmində qeybət edən sənətçilərdən də söz açıb: "Kimin ki, səsi yoxdur dedi-qodu edir. Onu da deyim ki, bu vaxtadək qeybət etməmişəm. Çünki mənim səsim və sənətim var. Başımı aşağı salaraq işimlə məşğulam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB