Son zamanlar incəsənət adamları səhhətləri ilə bağlı ciddi problemlər yaşayırlar. Onlar arasında bir çox məşhurların adları var. Sözügedən simaların siyahısını SİA oxucularına təqdim edirik:
Xalq artisti İlhamə Quliyeva- Ürəyindən əməliyyat olunub. Hazırda müalicəsi davam etdirilir.

Xalq artisti Ramiz Əzizbəyli- Ayaqları tutulub və digər orqanlarında ciddi problemlər var.

Xalq artisti Firəngiz Mütəllibova- Beyin əməliyyatı keçirib və hələ də səhhəti normal deyil.

Xalq artisti Arif Quliyev- Səhhətindəki bir çox problemlərə görə əziyyət çəkir və hazırda xəstəxanaların birində müalicə olunur.

Əməkdar artist Kəmalə Rəhimli- Gözləri tutulmaq üzrədir. Hazırda müalicə olunur.

Əməkdar artist Xanım Qafarova- Türkiyədə sağ gözündən əməliyyat olub və qardaş ölkədə müalicəsini davam etdirir.

Aktyor Rəhman Rəhmanov- Şəkər xəstəsidir. Ayaqlarında çürümə gedir.

Xalq şairi Vaqif Səmədoğlu- Ayaq damarlarının aterosklerozundan əziyyət çəkdiyi üçün Türkiyədə əməliyyat olunub və müalicə alır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB