Bir çox hit mahnıların bəstəkarı Pərviz Mahmudov bəstələrinin tez bir zamanda sevilməsinin sirrlərini açıqlayıb. O, SİA-ya açıqlaması zamanı bunları deyib: "Məncə, mahnının hit olması ürəklə və hislərlə bağlıdır. Yəqin ki, dinləyicilər mənim ruhumu bəyənir. Həm də, ən əsası bəstəni müğənninin səsinə uyğun yazıram".
Nəzərinizə çatdıraq ki, Pərviz Mahmudov Röyanın "Bəlkə də", "Son görüş", Aygün Kazımavının "Alışdırma", "Gəl, bax, gör", Sevda Yahyayevanın "Buz kimi", "O zaman", "De mənə", "Sən", "Saxta", Günay İbrahimlinin "Səndən öncə, səndən sonra", "İzlər" kimi bir çox hit mahnıların müəllifidir.
Qeyd edək ki, P. Mahmud və G. İbrahimli yaxın aylarda daha bir yaradıcı yeniliyə imza atacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB