Nura Suri yeni klipini təqdim edəcək

Nura Suri yeni klipini təqdim edəcək

Xeyli müddətdir efirlərdən uzaq düşən müğənni Nura Suri yenidən üzə çıxıb. SİA-ın verdiyi xəbərə görə, ifaçı bəstəkar Murad Arifdən yeni aldığı "Brilliantlar" mahnısını ekranlaşdırıb . O, sözügedən klipi Gürcüstanın paytaxtı Tbilisidə çəkdirib.

Ekran işini Gürcüstanın məşhur rejissorlarından olan Zaza Uraşvili lentə alıb. Klip üç günə 17 dərəcə şaxtalı havada çöldə çəkilib.

Qeyd edək ki, ekran işi yaxın vaxtlarda tamaşaçıların ixtiyarına veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə