Məşhur müğənni Kayli Minoq yeni klipini təqdim edib. SİA-nın verdiyi xəbərə görə, 45 yaşlı sənətçi "Into The Blue" ("Maviyə doğru") mahnısının ekran işini pərəstişkarlarının ixtiyarına verib. Klipdə iki sevgilinin münasibəti əks olunur. Kayli Minoqun tərəf müqabili rolunda fransız aktyor Kleman Siboni iştirak edir.
Qeyd edək ki, mahnı avstraliyalı müğənninin martda təqdim olunacaq "Kiss me once" ("Məni bir dəfə öp") albomuna daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB