Sənətçi həbsdə olan ərini ziyarət etdi

Sənətçi həbsdə olan ərini ziyarət etdi

Türkiyəli müğənni Ebru Gündəş bir aydan sonra həbsdə olan həyat yoldaşı Rza Zərrabın ziyarətinə gedib. SİA-nın verdiyi xəbərə görə, sənətçi həyat yoldaşı ilə 1 saat üz-üzə görüşüb. Zərrabın vəkili Şeyda Yıldırım Ebru Gündəşin uzun müddət ziyarətə gəlməməsinin səbəbini açıqlayıb. Belə ki, müğənni şüşə arxasından və digər məhkumların olduğu mühitdə həyat yoldaşı ilə görüşmək istəməyib. Bu səbəbdən Ebru ayda bir dəfə verilən 1 saatlıq açıq görüş icazəsini gözləyib.

Nəzərinizə çatdıraq ki, R. Zərrab qadın alveri ilə məşğul olduğuna görə, tərəflər arasında soyuqluq yaranıb.

Qeyd edək ki, iş adamı Rza Zərrab ötən il dekabrın 17-də rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində həbs olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə