Niyam Səlami:“Çağırma məni”

Yaradıcılığında fasilə vermədən işləyən mügənni Niyam Səlami daha bir yeni mahnı üzərində çalışır. SİA-nın verdiyi xəbərə görə, sənətçinin yeni bəstəsi "Çağırma məni" adlanır. Mahnının musiqisi Ceyhuna, sözləri Azər Şirinə, aranjman isə Rəşada məxsusdur.

İfaçı yaxın vaxtlarda sözügedən hiti sevənlərinə təqdim edəcək.

Qeyd edək ki, Niyam Səlami "Çağırma məni" adlanan bəstəsini ekranlaşdırmağı da düşünür.

Bütün xəbərlər Facebook səhifəmizdə