Türkiyənin opera ifaçısı Oya Ergün ölməz sənətkar Rəşid Behbudovun mahnılarından ibarət albom hazırlayır. SİA-nın verdiyi xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyi və Türkiyənin ölkəmizdəki səfirliyinin dəstəyi ilə hazırlanan albomda Rəşid Behbudovun lentə aldığı mahnılar yer alacaq. Albomda 12 mahnı yer alacaq. Bütün mahnılarda akustik instrumentlərdən istifadə olunub. Sənətçinin albomunun ərsəyə gəlməsində Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun dəstək olub.
Tanınmış opera ifaçısının Rəşid Behbudovun mahnılarından ibarət musiqi albomunu hazırlamaq onun uşaqlıq arzusu olub:"Mən hər zaman Rəşid Behbudovun heyranı olmuşam. Belə səs yoxdur. Allah onu rəhmət eləsin. Möhtəşəm sənətkar olub. Bu albomun işıq üzü görməsi mənim arzum olub. Ümidvaram ki, Rəşid Behbudovun heyranı olan musiqisevərlər bizim hazırladığımız albomdan çox məmnun qalacaqlar".
Qeyd edək ki, Oya Ergün Belçika, Hollandiya, Almaniya, Fransa, İtaliya və digər Avropa ölkələrində geniş konsert proqramları ilə çıxış edib, bir sıra uğurlara imza atıb, eyni zamanda bir çox mükafata layiq görülüb. Musiqi ilə bərabər qadın haqlarını müdafiə etmək üçün layihə həyata keçirib. Ailəsinə gəldikdə isə atası prokuror, anası isə incəsənət müəlliməsi olub. Özü də musiqi dərsləri verir, ömrünün bir çox ilini Hollandiyada yaşayıb. Həyat yoldaşı Azərbaycanda iş təklifi aldıqdan sonra buraya gəlib. Oya Ergün artıq 2-ilə yaxındır ki, Bakıda yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB