Qazaxıstanın Aktau şəhərində böyük konsert proqramı təşkil edilib. SİA-nın verdiyi xəbərə görə, sözügedən konsertə bir neçə ölkədən ifaçılar iştirak edib. Həmin konsertdə şəhər merinin və Dağıstan diasporasının sədri Hacı Səlimovun dəvəti ilə Azərbaycanı vokal və estrada mahnılarının ifaçısı Cəvahir Abdulova təmsil edib.
Təmtəraqla keçən konsertdə azərbaycanlı ifaçının çıxışı Rusiya, Astana, Almaata, Dağıstandan olan müğənnilərin ifalarından fərqlənib. Oxu tərzinə görə fərqlənən Cəvahirə maraqlı təklif gəlib: "Ən çox alqışlarla müşahidə olunan sənətçi oldum və zalda şəhərin mötəbər insanları bu konserti izləyib, ifamı bəyəndilər. Mart ayında eyni şəhərdə konsert proqramımın təşkili barədə təklif aldım. Eyni zamanda Aktaunun televiziya kanallarından biri konsertdə səsləndirdiyim mahnılarımdan birini ekranlaşdıracaqlarına söz verdilər. Gələn ay sözügedən layihələri həyata keçirəcəm".





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB