Sabah cütlüyün toyudur

Sabah türkiyəli prodüser Kemal Cenk İçten və azərbaycanlı model-aktrisa Minarə Allahverdiyevanın toyudur. Bu haqda SİA-ya danışan Cenk bəy, toyuna şou-biznes nümayəndələri ilə yanaşı, iş adamlarının da qatılacağını söyləyib: "Fevral ayının 1-də nigah mərasimim baş tutacaq. Toyumda müğənilər və iş adamları iştirak edəcəklər. Onu da deyim ki, illərdir jurnalistlərlə dostluq edirəm. Ona görə də qapı onlarında üzlərinə açıq olacaq".

Qeyd edək ki, toy günü fevralın 1-i həm də gəlinin doğum günüdür. Cütlük bilərəkdən toyu bu günə təyin edib ki, bu tarix həyatlarında həm də ömürlük ən xoş məqam kimi qeyd olunsun. Toydan sonra cütlük Türkiyəyə bal ayına yola düşəcək. Bal ayından sonra isə Azərbaycana qayıdıb, iş fəaliyyətlərini burada davam etdirəcəklər. Yerli kanalların birində Cenk bəyin yeni layihəsi start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə