Sənətçini aldatdılar

Türkiyəli müğənni Demet Akalın və həyat yoldaşı, iş adamı Okan Kurun başına iş gəlib. SİA-nın verdiyi xəbərə görə, ifaçı Osman Görgülü adlı şəxsdən "Range Rover" markalı avtomobil alıb və onun bank hesabına 100 min avro köçürüb. Lakin daha sonra məlum olub ki, maşının etibarnaməsi saxtadır. Bundan xəbər tutsalar da, artıq çox gec olub. Çünki Demet Akalın və həyat yoldaşı həmin şəxsi tapa bilməyib. Yalnız cütlüyün polisə şikayətindən sonra fırıldaqçı saxlanılıb. Məlum olub ki, Osman Görgülü qardaşı İhsan Görgülünün adından istifadə edərək, məşhurlara saxta etibarnamə verib.

Qeyd edək ki, fırıldaqçılıqla məşğul olan O. Görgülüyə 12 il həbs cəzası verilə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə