Röyanın konsertində nələr baş verdi?

Röyanın konsertində nələr baş verdi?

Müğənni Röya Ayxanın Heydər Əliyev Sarayında "Mənəm" adlı möhtəşəm solo konserti baş tutub. SİA-nın verdiyi xəbərə görə, gecəni idarə etmək Murad Dadaşova həvalə olunub. İki hissəsli konsertdə ifaçı olduqca həyəcanlı görünüb. Sənətçini Rusiyadan dəvət olunmuş rəqs qrupu müşayiət edib.

Konsertdə maraqlı məqamlar da yaşanıb. Belə ki, Abbas Bağırov və Röya birgə "Bilərsənmi" mahnısını ifa ediblər. Daha sonra Murad Dadaşov gecənin səbəbkarının ailəsini yəni oğlu və həyat yoldaşı Anarı səhnəyə dəvət edib.

Nəzərinizə çatdıraq ki, sevənləri ilə yanaşı, sənət dostları da müğənnini izləməyə gəliblər.

Qeyd edək ki, Röya daha 3 gün sevənlərini ətrafına toplayaraq konsert verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə