Rusiyalı müğənni Bakıya gəlir!

Rusiya estradasının populyar müğənnisi Stas Mixaylov paytaxtımıza gələcək. SİA-nın verdiyi xəbərə görə, o, may ayının 2 və 4-də Heydər Əliyev Sarayında çıxış edəcək. Konsertdə müasir işıq və səs texnikası ilə təchiz olunmuş, yüksək peşəkarlıq qabiliyyətinə malik musiqiçilərin və bek-vokalın müşayiəti gözlənilir. İfaçının "Joker" adlı solo konserti Azərbaycanın musiqi və şou-biznes həyatında əsl hadisəyə çevriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə