Hər zaman maraqlı hadisələrlə qarşılaşan "Bozbash Pictures" qəhrəmanları bu dəfə də fərqli macereralarla qarlaşıblar. SİA-nın verdiyi xəbərə görə, onlar bu dəfə Qəbələyə yola düşüblər. Belə ki, Şəmi (İlkin Həsəni) və Şöşünün (Ramil Babayev) Qəbələyə getməsinə səbəb Şirinin (Nicat Rəhimov) özünə toy etməsi olub. Belə ki, gəlinin oğlan çıxması, daha sonra isə toy gecəsi qaçan gəlin Şirini çətin situasiyaya salıb. Şirinin bu vəziyyətdən necə çıxacağı, Şəmi və Şöşünün ona hansı köməkliyi edəcəyi hamıda maraq doğurur.
Nəzərinizə çatdıraq ki, rolarda İlkin Həsəni, Ramil Babayev, Nicat Rəhimov, Elşən Orucov, Azər Baxşəliyev iştirak edirlər.
Qeyd edək ki, "Bozbash Pictures Qəbələ" 25 yanvar saat 22:00-da ATV telekanalında yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB