Qalmaqallı açıqlamaları, şou-biznesdə həyata keçirdiyi layihələri ilə tez-tez gündəmə gələn müğənni Nadir Qafarzadə "Ağlama sevdam" adlı yeni albomunu təqdim edib. SİA-ya açıqlamasında müğənni bildirib ki, bu albom 2014-cü ildə atdığı ilk uğurlu addımlardan biridir: "Yola saldığımız ildə səhnə fəaliyyətimdə uğurlarım çox oldu. Buna misal olaraq, "Yaşıl Teatr"da gerçəkləşdirdiyim "Sən mələksən" adlı konsertimi və "Maral" mahnımı nümunə çəkə bilərəm. Düzdür, "Maral" mahnımı bəzi həmkarlarım yerli-yersiz çox müzakirə etdilər. Zənnimcə müzakirələr də normaldır. Demək, mən iş görmüşəm ki, onu müzakirə edirlər. Bütün bunlar 2013-cü ildə qaldı. 2014-ci ildə isə həyata keçirəcəyim bir çox sürpriz layihələrim var. At ilinin mənə düşərli olacağına inanıram. Artıq bir neçə gün olar ki, səbirsizliklə gözlədiyim "Ağlama sevdam" adlı albomum işıq üzü gördü. Bu yeni ildə ilk albomumdur. Albomda sevilən mahnılarımla yanaşı, yeni ifalarım da yer alıb. Yeni albomumu istəyənlərə hədiyyə olaraq vermək niyyətim yoxdur. Əldə etmək istəyənlər bir az xərcə düşməlidir. Qiymətini isə açıqlamayacağam".
Qeyd edək ki, N.Qafarzadənin yeni "Ağlama sevdam" adlı albomunda 32 mahnı yer alıb. Albomda müğənnin yeni fotosessiyasından olan şəkilləri də var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB