Səbinə Babayeva “Ey Azərbaycanım” klipini təqdim etdi

Səbinə Babayeva “Ey Azərbaycanım” klipini təqdim etdi

Bu gün Səbinə Babayevanın "Ey Azərbaycanım" adlı klipinin təqdimatı keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə şoumen və aparıcı Murad Dadaşov, müğənni Səbinə Babayeva media nümayəndələri və başqaları iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan Murad Dadaşov klip haqqında bunları deyib: "Səbinə Babayeva 2014-cü ildə yeniliyə imza atdı. O, bu gün "Karvan" qrupunun ifa etdiyi "Ey Azərbaycanım" adlı bəstəyə ikinci nəfəs verərək klip çəkdirib. Ümid edirəm ki, hər kəs ekran işindən razı qalacaq".

Səbinə Babayeva da öz klipi barəsində fikirlərini dilə gətirib: "Bu gün mənim üçün çox vacibdir. Sözügedən ekran işinə ürəklə hazırlaşmışam. "Ey Azərbaycanım" mahnısını uşaqlıqdan sevirəm. Çəkilişlə bağlı mənə dəstək olan hər kəsə təşəkkür edirəm".

Nəzərinizə çatdıraq ki, mahnının sözləri Mikayıl Vəkilovundur. Klipdə bir çox rejissorların, həmçinin Səbinənin həyat yoldaşı Cavidin böyük köməyi olub.

Qeyd edək ki, sənətçi sonda jurnalistlərin bütün suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə