ABŞ vətəndaşları arasında aparılmış rəy sorğusunun nəticələrinə əsasən "Forbes" jurnalının "E-Poll Market Research" tədqiqat agentliyi ilə birlikdə tərtib etdiyi 2014-cü ilin ən nüfuzlu məşhurlarının reytinq cədvəlində kinorejissor Stiven Spilberq birincidir.
Spilberq ilk üçlükdə teleaparıcı Opra Uinfrini və daha bir kinoreşissor – "Ulduz müharibələri" filminin yaradıcısı Corc Lukası geridə qoyub.
Reytinq cədvəlini tərtib edərkən "E-Poll Market Research" tədqiqat agentliyinin keçirdiyi rəy sorğusu zamanı bütünlüklə amerikalılardan ibarət olan iştirakçılara 6600 məşhuru 46 parametr üzrə qiymətləndirmək təklif olunub. Əsas parametrlər ümumi cazibədarlıq və məşhur şəxsin tanınması parametrləri olub.
On ən nüfuzlu məşhur sırasına daha iki kinorejissor daxil olub. Bunlar Ron Hovard (o, "Apollon-13", "Ağıl oyunları", "Nokdaun" və "Kod da Vinçi" kimi filmlərin müəllifidir) – 4-cü yer və Martin Skorsezedir (onun çəkdiyi filmlər arasında "Taksist", "Nyu-York quldurları", "Aviator", "Zamanın qoruyucusu" filmləri var).
Altıncı yerdə türk mənşəli Amerika həkimi – populyar "Doktor Ozun şousu" ("Dr.Oz.Show") televiziya verilişinin aparıcısı Mehmet Ozdur. Teleaparıcı Barbara Uolters reytinqdə 7-ci yerdə olub.
Onun ardınca "U2" qrupunun lideri Bono (8-ci yer) və komikslərin yaradıcısı Sten Li (9-cu yer) gəlir.
Onluğu mühafizəkar baxışları ilə tanınıb, yüksək reytinqə malik "The Rush Limbaugh Show" nitq radioşousunun aparıcısı Raş Limbo tamamlayır.
Cpilberq öz baxımlı filmləri ilə şöhrət qazanıb. Onların arasında "Çənələr", "Yura dövrünə aid park" və İndiana Cons haqqında macəra filmləri var. Kinorejissorun "Şindlerin siyahısı", "Sıravı Rayanı xilas etməli", "Linkoln" kimi filmləri də ona uğur gətirib. Sonuncu film 12 nominasiya üzrə Oskar mükafatına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB