Anar Nağılbazdan yenilik

Reper Anar Nağılbazdan yenilik var. O, yeni klip üzərində çalışır. Bu haqda SİA-ya reperin özü məlumat verib: "Yanvar ayının sonunda "2 kərə" adlı mahnıma klip çəkdirəcəm. Ekran işi çox maraqlı olacaq. Klip gündəlik həyatımızda baş verən hadisələrə həsr olunub. Onu da deyim ki, sözügedən bəstəni repin 14 illik ustadı Samir Xəttabla birgə ifa edəcəm. Ümid edirəm ki, bəyənəcəksiniz".

Bütün xəbərlər Facebook səhifəmizdə