Oksana yeni klipini təqdim edəcək

Rəqqasə Oksana Rəsulova 2014-cü ildə yeni işlərini təqdim etməyə hazırlaşır. SİA-ya açıqlama verən rəqqasə yaxın günlərdə tamaşaçılarını sevindirəcəyini bildirib: "Hazırda bir çox yeniliklərim var. Bir neçə gündən sonra mənim ifamda daha bir klipim təqdim olunacaq. Əminəm ki, bu işim də digərləri kimi hər kəs tərəfindən bəyəniləcək. Onu da diqqətinizə çatdırım ki, ötən il mənim həyatımda çox önəmli hadisələr yaşandı. Mənə əziz insanlarla və sənətinə pərəstiş etdiyim şəxslərlə görüşdüm. İnşAllah, 2014-cü il də mənim üçün uğurlu il olar".

Bütün xəbərlər Facebook səhifəmizdə