Prezident Rəqsanənin mahnısını oxudu

Prezident Rəqsanənin mahnısını oxudu

Türkmənistanın prezidenti Qurbanqulı Berdımuhəmmədov türkmən dilində mahnılar ifa edib. SİA-nın verdiyi xəbərə görə, dj-in müşayiəti ilə səslənən mahnılardan biri azərbaycanlı müğənni Rəqsanə İsmayılovanın repertuarından olan "İnanımmı" olub. Əsas vokalçılar, estrada müğənniləri Annaqulı Muratdurdıyev və Parahat Amandurdıyev bu zaman konsert zalında olublar. Prezident isə ayrıca studiyada pult arxasında əyləşib və mahnını oxuyub. Video zalda böyük ekran vasitəsilə yayımlanıb və zalda olan tamaşaçılar bu hədiyyəni prezidentdən heyranlıqla qəbul ediblər.

Bu məsələyə müğənni Rəqsanə İsmayılova münasibət bildirib: "Bu, mənim üçün əsl sürpriz oldu. Ötən ilin son günləri açıqlama vermişdim ki, 2014 mənim ilim olacaq. Təqvim başlayan kimi özünü göstərdi. Bir dövlətin rəhbərinin mahnımı oxuması mənim üçün şərəfdir. Azərbaycan şou-biznesində öz dəsti-xəttimin olmağı deməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə