Firuzə İbadovanın səhhəti necədir?

Firuzə İbadovanın səhhəti necədir?

Əməkdar artist, müğənni Firuzə İbadovanın səhhətində problem yaranıb. Buna səbəb sənətçinin güclü əsəbləşməsi olub. Bu haqda SİA-ya açıqlama verən əməkdar artistin bacısı Firuzə xanımın hazırda yaxşı olmadığını bildirib: "Firuzə İbadova hazırda ev şəraitində müalicə olunur. Bacımın bu vəziyyətə düşməsinə səbəb ev alqı-satqısı zamanı pullarının mənimsənilməsi olub. Nəzərinizə çatdırım ki, Firuzə İbadova sənətkardır. O, Şövkət Ələkbərovanın yadigarıdır. Ona qiymət vermək lazımdır. Onu da deyim ki, onun bu pis günündə sənət dostları da yanındadır".

Qeyd edək ki, bir neçə gün öncə verilişlərin birində bu məsələ müzakirə olunub və verilişin sonunda Firuzə xanımın səhhəti pisləşərək xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə