Sənətçinin vəziyyəti pisləşdi

Xəbər verdiyimiz kimi, müğənni Mirkamil Kamilov ürəyindən əməliyyat olunacaq. Hazırda ifaçının vəziyyəti yaxşı olmadığı üçün İrana aparılıb. Bu haqda SİA-ya teleaparıcı İlham Mirzəyev xəbər verib: "İstedadlı müğənni xalq artisti Mələkxanım Əyyubovanın bacısı oğlu mənim də çox sevdiyim Mirkamil Kamilov ağır vəziyyətdə İrana aparılıb. Çox üzüldüm və narahat oldum. Mirkamil üçün şəfa diləyək. Çünki gəncdir. Onu həyatı hələ qabaqdadır. İnşallah, sağalar və geri qayıdar. Dualarımızı əsirgəməyək".

Qeyd edək ki, səhhətində ciddi problemlər yaşayan Mirkamil üçün bir çox sənət dostları da narahatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə