Bu il şou-biznesin şaxta babası və qar qızı kimdir? SORĞU-FOTOLAR

Bu il şou-biznesin şaxta babası və qar qızı kimdir? SORĞU-FOTOLAR

"Bu il şou-biznesin şaxta babası və qar qızı kim olar bilər?" sualı altında tanınmış simalar arasında sorğu keçirdik. Sözügedən sorğunu SİA oxucularına təqdim edirik:

Müğənni Natəvan Həbibi: "Şaxta baba Elnur Məmmədov, qar qız isə Aysel Əlizadə ola bilər.

Müğənni Elnur Məmmədov: "Şou-biznesdə şaxta baba və qar qız heç kimi görmürəm".

Müğənni Yaşar Cəlilov: "Bu il şaxta baba özümü, qar qız isə Günay İbrahimlini, Oksana Rəsulovanı, Natəvan Həbibini, Sevda Yahyayevanı görürəm".

Müğənni Yaşar Yusub: "Qar qız obrazı Sevda Yahyayevaya, Natəvan Həbibiyə yaraşdırardım. Şaxta baba isə özüm olardım".

Müğənni Ramal Əsədzadə: "Qar qızı Xatirə İslama, şaxta babanı isə Namiq Qaraçuxurluya yaraşdırıram".

Müğənni Əkbər: "Şaxta baba Əli Mirəliyev, qar qızın isə adını deyə bilməyəcəm".

Müğənni Lamiyə Novruzova: "Şaxta baba Elnur, qar qız isə Oksana ola bilər".

Müğənni Leyla Ramazanlı: "Qar qız özümü, şaxta baba isə Yaşar Yusubu görürəm".

Rəqqasə Oksana Rəsulova: "Şou-biznesin qar qız özüməm, şaxta babası isə Ədalət Şükürovdur".

Bütün xəbərlər Facebook səhifəmizdə