"Xalq ulduzu" yarışmasının iştirakçısı olmuş Mirkamil Kamilov İranda əməliyyat olunacaq. SİA-nın verdiyi xəbərə görə, bu barədə sənətçinin qardaşı sosial şəbəkədə məlumat verib. O, qardaşının ürəyində ciddi problemin olduğu üçün İranda əməliyyat olunacağını deyib: "Qardaşım Mirkamil Kamilov İrana gedib. Ürəyində ağrılar var idi. Müayinədən sonra cavablar heç də yaxşı çıxmadığı üçün ürəyindən əməliyyat olunacaq. Hər kəsin duasına ehtiyac var. Göydə Allah, yerdə sizlərin duasına".
Nəzərinizə çatdıraq ki, baş verənləri əməkdar artist Aybəniz Haşımova da eşidərək xoşagəlməz xəbərdən pis olduğunu bildirib: "Doğrusu inana bilmədim və dərhal Mirkamilin anasına zəng etdim. Həqiqətən Mirkamilin vəziyyəti o qədər ürək açan deyil. Bizə bircə dua etmək qalır. Allah köməyin olsun oğlum. Allah sənə rəhm etsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB