Əməkdar artist Zaur Əmiraslanov qaraçıların müdafiəsinə qalxıb. Bu haqda SİA-ya sənətçinin özü məlumat verib: "Mən sadəcə qaraçılar haqqında mənfi fikirləri aradan qadırmaq istəyirəm. Onlar qədim tarixə, zəngin mədəniyyətə malik xalqdır. Qədim zamanlarda qaraçı (цыган) adını roman xalqına avropalılar verib, çünkü onlar Tsıqal çayının ətrafında məskunlaşıblar. Bu xalq dünyaya böyük şəxsiyyətlər bəxş edib. Onların arasında aktyor Çarli Çaplin, rəqqas Xoakin Kortes və başqaları da olub. Nikolay Sliçenkonun başçılıq etdiyi qaraçı teatrı "Romen" dünyada ən məşhurlardan biri hesab olunur. Həmçinin, Sliçenkonun həyat yoldaşı və bu teatrın aktrisası Tamilla Ağamirova Bakıda anadan olub, bir çox Azərbaycan filmlərində baş rolları ifa edib. Mən musiqisi İlham Məsiyevə məxsus "Qaraçının qəlbi" (Цыганская душа) adlı yeni mahnımı təqdim etdim. Ümid edirəm ki, sözügedən bəstəni hər kəs bəyənəcək".
Qeyd edək ki, əməkdar artist Zaur Əmiraslanov "Qaraçının qəlbi" (Цыганская душа) adlı bəstəyə ekran işi verməyi də planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB