"Rza Zərrabı Azəri qızı Günelin ahı tutdu"

"Hamı bilirdi ki, Ebru Gündeş Rza Zərrabla pul üçün evlənib"
"Rza Zərrabı Azəri qızı Günelin ahı tutdu"

Türkiyənin tanınmış prodüseri Erol Köse müğənni Ebru Gündəşin həyat yoldaşı, azərbaycanlı iş adamı Rza Zərrabın rüşvət əməliyyatı zamanı saxlanılmasına öz fikirlərini bildirib. SİA-nın verdiyi xəbərə görə, o, bu haqda sosial şəbəkədə yazıb: "Bu an etibarı ilə Ebru Gündəşin və yeniyetmə sifət ərinin bütün var-dövləti müsadirə olundu. Ən çox Ebruya üzüldüm. Hər kəs bilir ki, sırf pulu üçün onunla evlənmişdi. Heç Ebru Gündəşin tipi deyildi. İndi bax, gör nə oldu? Pullar da getdi. Azəri qızı Günel, canını Zərrabdan yaxşı qurtardı. Ya da Rza Zərrabı onun ahı tutdu".

Bütün xəbərlər Facebook səhifəmizdə