Sənətçilərimiz uşaqları sevindirəcəklər

Şou-biznes nümayəndələri uşaqlar üçün təşkil olunan Yeni il proqramında iştirak edəcəklər. SİA-nın verdiyi xəbərə görə, xalq artisti Faiq Ağayev, müğənnilərdən Röya, Miri Yusif, "Eurovision" mahnı müsabiqəsinin iştirakçıları uşaqları sevindirəcəklər. Konsert Heydər Əliyev sarayında baş tutacaq.

Konsert proqramı dekabrın 27-dən 30-dək keçiriləcək. Şaxta baba və Qar qızın aparıcılığı ilə baş tutacaq bayram şənliyində milli, müasir rəqslər nümayiş etdiriləcək.

Qeyd edək ki, Yeni il şənlikləri saat 12:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə