Eminin albomu rekord qırdı

Bəstəkar-müğənni Eminin yeni işıq üzü görən "Na krayu" ("Kənarında") adlı albomu maraqla qarşılanıb. SİA-nın verdiyi xəbərə görə, ifaçının yeni diski mobil telefonlarda ən çox istifadə edilən mahnı tətbiqetməsi olan "iTunes"də üçüncü olub.

Nəzərinizə çatdıraq ki, albom cəmi üç gün ərzində ən çox satılanlar siyahısında yer alaraq rekord qırıb. Birinci yerdə Beyonsun, ikinci yerdə isə rok qrupu "Zveri"nin albomu qərarlaşıb.

Qeyd edək ki, Emin rus dilində ifa etdiyi mahnıların yer aldığı ilk albomunu ötən həftə təqdim edib. Albomun satışından əldə olunacaq gəlir xeyriyyə işlərinə sərf ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə