Dünyanın 36 ölkəsində "My man can" (Mənim yoldaşım bacarar) adıyla ekrana gələn məşhur veriliş bundan sonra Azərbaycanda da yayımlanacaq. SİA-nın verdiyi xəbərə görə, Türkiyənin "Reng Medya" şirkəti həmin ekran işini "Məni yarımdan soruş" adı ilə ölkəmizdə təqdim edəcək.
ATV telekanalında ekrana gələcək verilişin yaradıcı heyəti də Türkiyədən gətiriləcək. Aparıcılığını Zaur Baxşəliyevin edəcəyi yarışma xarakterli proqramda bir çox hədiyyələrlə yanaşı, əsas qalibə avtomobil də veriləcək.
Verilişdə iştirak etmək istəyənlər www.meniyarimdansorus.com linkinə daxil olub, qeydiyyatdan keçə bilərlər. Hazırlıq işləri tamamlanan layihə yaxın günlərdə yayıma başlayacaq.
Qeyd edək ki, verilişin Türkiyədəki formatı "Yaparım bilirsin" adıyla efirə gedib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB