Repçi Qurddan xəbər var. Sənətçi SİA-ya açıqlaması zamanı bildirib ki, "Rəqs edir hər kəs" mahnısını remix etdirib: "Sözügedən bəstəni Türkiyənin məşhur DJ-i Onur Yaz Ar remix edib. Bu təklif mənə Samir Xəttabdan gəlib. "Rəqs edir hər kəs" mahnısını remix etdirdikdən sonra çox bəyəndim. Onu da deyim ki, musiqi tam hazırdır. Ancaq hələ ki, internetə buraxılmayıb. Nəzərinizə çatdırım ki, "MTV Europe", "Star", "Eurostar" kanallarında, "Rəqs edir hər kəs", "Tapın onu" kliplərim yayımlanır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB