“Qadını vurma, ona vurul!”

Azərbaycan Respublikasının Prezidenti 24 noyabr 2011-ci il tarixli 537 nömrəli Fərmanının icrası ilə bağlı "Məişət zorakılığının qarşısının alınması üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı"na uyğun olaraq Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü ilə bağlı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və "DDIM" Yaradıcı Gənclər Assosiasiyasının əməkdaşlığı ilə "Qadını vurma, ona vurul!" şüarı altında tədbir keçirilib.

Layihə Azərbaycanın tanınmış qadınların iştirakı ilə fotosərgi formasında hazırlanıb. Xüsusi dekor və çəkim formatına hazırlanmış fotosərgidə əks olunan şəkillərdə xanımlar zorakılığı ifadə edən formada qrim olunublar.

Layihədə əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, teleaparıcı Nərgiz Cəlilova, müğənni Elnarə Xəlilova, "Eurovision" yarışmasının iştirakçısı Səbinə Babayeva, əməkdar Elza Seyidcahan, "Birliyə Doğru" təşkilatının sədri Zərifə Quliyeva və başqaları çəkilib.

Qeyd edək ki, qadınların bu imicini Gürcüstandan xüsusi dəvət olunmuş qrim ustası Mariya İnasaridze işləyib. Şəkillərin müəllifi isə fotoqraf Ruslan Teymurflutovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə