Prodüser Pərviz Əsgərov bir illik fasilədən sonra yenidən şou-biznes nümayəndələri ilə iş birliyinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, prodüser gənc müğənni Zarina ilə iş birliyinə başladığını bildirib: "Bir illik fasilədən sonra yenidən şou-biznesə qayıtmaq qərarına gəldim və gənc müğənni Zarina ilə iş birliyinə başladım. Ona yeni ideyalarla kömək etməyə çalışacam. Yaxın dostlarım da İnşallah, bu qərarımı dəstəkləyəcəklər. Sevda ilə işləmək mənim üçün böyük məktəb oldu. O, mənə əsl peşəkarlığı qazandırdı. Düzdür, demişdim ki, ondan başqa heç kimlə işləməyəcəm, amma inanıram ki, o məni başa düşər. O, əvəzolunmazdır. Bilirəm gec-tez yenə onunla çalışacam.O, ən yaxın dostumdur. Ondan halallıq almaq çox xoşdur".
Qeyd edək ki, Pərviz Əsgərov bir müddət bundan əvvəl müğənni Sevda Yahyayevanın prodüseri olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB