Elçin Hüseynov yenidən klip çəkdirəcək?

Elçin Hüseynov yenidən klip çəkdirəcək?

Azərbaycanlı müğənni Elçin Hüseynovun yaradıcılığında yenilik var. O, bu haqda SİA-ya açıqlama verərək yeni mahnı yazdırdığını dilə gətirib: " "Yalan" adlı bəstəmi artıq studiyada oxumuşam, hazırdır. Lirik mahnıdır. Bəstənin sözləri Azər Şirinə, musiqisi isə adaşım və sənət yoldaşım Elçin Cəfərova məxsusdur. Bu mahnıya klip də çəkdirməyi düşünürəm. Onu da deyim ki, bəstəkar Hacı Nazim Məmmədovla da iş birliyimiz olacaq".

Qeyd edək ki, Elçin Hüseynov noyabr ayının 22-də qardaş ölkənin sənətçisi Çingiz Kurtoğlu ilə birgə restoranının açılışını edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə