Yeni tam fərqli formatda "Bu saat" adlı veriliş açılır. Bu haqda SİA-ya layihənin rəhbəri və rejissoru Nail Naiboğlu məlumat verib: " "Bu saat" adlı yeni verilişə start veririk. Adıçəkilən layihə noyabr ayının 18-də, həftə içi hər gün saat 17:00-da, Lider TV-də Xəyalə İntiqamqızının təqdimatında yayımlanacaq. Onu da deyim ki, bu verilişi ərsəyə gətirməyimizdə səbəb gərgin iş gününün sonunda insanlara yüksək əhval-ruhiyyə bağışlamaqdır. Sözügedən layihədə top 10-luq, şou-biznesdə baş verənlər və fərqli qonaqlar olacaq. "Bu saat" adlı yeni layihənin artıq 3 verilişini çəkmişik. İlk qonağımız Ədalət Şükürovla meyxanaçı Elmir Gəraybəylidir. Onlar veriliş zamanı ilk dəfə olaraq birgə yazdırdıqları dueti səsləndirəcəklər. Verilişin hələ yayımlanmayan iki bölümünün qonaqları isə Eldar Qasımov, Niyam Səlami və Yaşar Cəlilov olacaq".
Qeyd edək ki, "Bu saat" verilişinin layihə rəhbəri və rejissoru Nail Naiboğlu, layihə prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru isə Raul Sahiboğludur.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB