Müğənni xəstə uşağa dəstək oldu

Müğənni xəstə uşağa dəstək oldu

Müğənni Kərim Abbasov talassemiya xəstəsi olan Vəzirxan İskəndərov üçün təşkil olunan yardım aksiyasına qoşulub. SİA-nın verdiyi xəbərə görə, ifaçı ticarət mərkəzlərindən birində xeyriyyə konserti verib. Kərim bütün müğənni həmkarlarını və pərəstişkarlarını 8 ildir həyatda qalmaq uğrunda mübarizə aparan Vəzirxana dəstək olmağa çağırıb: "Vəzirxana hər iki həftədən bir qan köçürülməlidir. Bu əməliyyatın haqqı donor ilə 90 min, donorsuz 150 min avro təşkil edir. 8 yaşlı Vəzirxanın valideyinlərinə sizin maddi və mənəvi köməyiniz lazımdır. Gəlin, Vəzirxana dəstək olaq. Bu yolda Allah köməyimiz olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə