Qalmaqallı vizajistin bu dəfə əri danışdı

Qalmaqallı vizajistin bu dəfə əri danışdı

Vizajist Nigar İbrahimovanın toyu ilə bağlı söz-söhbətlər hələ də davam edir. SİA-nın verdiyi xəbərə görə, yayılan şayiələrə bu dəfə Nigarın həyat yoldaşı Ruslan münasibət bildirib: "Hər kəs gedib öz ailə problemləri ilə məşğul olsaydı, yaxşı olardı. Biləsiniz ki, bu cütlüyə kimlərinsə neqativ fikri maraqsızdır. Yaddan çıxarmayın ki, atdığımız hər addım Allahın izni ilədir. Hamının övladı var, heç kim bilmir ki, sabah başına nə gələcək. İnsanlar öz ailələri ilə xoşbəxt olsalar, başqalarını müzakirə etmək yadlarına düşməz. Allah hamımızın köməyində olsun, bütün insanlara xoşbəxtlik arzu edirəm".

Ruslan daha sonra Nigar İbrahimovanın şəklini paylaşaraq "Anamın gəlini" sözlərini yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə