Vasif Məhərrəmli özünü Abbas Bağırovla müqayisə etdi

Vasif Məhərrəmli özünü Abbas Bağırovla müqayisə etdi

Müğənni Vasif Məhhərəmli titullardan söz açıb. Ona xalq artisti İlhamə Quliyevanın verdiyi "Şah" tituluna görə qınayanlara cavab verib. Bu haqda SİA-ya Vasifin özü danışıb: "İlhamə xanım mənə "Şah" titulu vərəndə hər kəs qınadı. Ancaq xanım Quliyeva əməkdar artist Abbas Bağırova "Prins" adını verdikdə heç kim ona pis yanaşmadı. Bunun səbəbini hələ də tapa bilmirəm. Axı mənim heç kimlə işim yoxdur. Niyə mənim bostanıma daş atıb, özümdən çıxarırlar? Onu da deyim ki, İlhamə Quliyeva mənə "Şah" titulu veribsə demək ki, elədir. Amma mənim üçün ən əsası fəxri adlardır".

Bütün xəbərlər Facebook səhifəmizdə