Manaf Ağayevin qardaşı oğlunu döydülər FOTOLAR

Manaf Ağayevin qardaşı oğlunu döydülər FOTOLAR

Əldə etdiyimiz məlumata görə, müğənni Manaf Ağayevin qardaşı oğlu ifaçı Novruz Ağayevi döyüblər. İfaçının döyülməsinə səbəb el şənliyində verilən mahnı sifarişinin vaxtında oxunmaması olub. Bu zaman Novruz əmisi Manafa zəng edərək döyüldüyünü deyib. Mərasimə gələn sənətçi toya özü ilə birgə idmançılar da gətirib. Manaf el şənliyində qardaşı oğlunu döyən şəxsi tapmayaraq, məkanı tərk edib və daha sonra sənətçi Novruzu döyən şəxsləri tapıb. Nəticədə hər iki tərəf məsələni öz aralarında həll edərək barışıblar.

Məsələni daha da aydınlaşmaq üçün SİA Manaf Ağayevin özü ilə əlaqə saxladı. Müğənni əməkdaşımıza bunları dedi: "Mənim qardaşım oğlunu döyən şəxsin gərək 5 başı olsun. Heç kim mənim ətrafımda olan insanlara xətər yetirə bilməz. Yayılan xəbər yalandır".

Bütün xəbərlər Facebook səhifəmizdə