“Kainat gözəli-2013” yarışmasının final mərhələsi keçirilib FOTOLAR

“Kainat gözəli-2013” yarışmasının final mərhələsi keçirilib FOTOLAR

"Kainat gözəli-2013" yarışmasının final mərhələsi keçirilib. SİA-nın verdiyi xəbərə görə, birinci yerə Venesuelanı təmsil edən 25 yaşlı, 180 sm boya sahib olan Qabriela İsler yiyələnib. O, 120 min dollar dəyərində möhtəşəm taca layiq görülüb. İkinci yerdə İspaniya gözəli Patrisiya Rodriqes Yurena, üçüncü yerdə isə ekvadorlu Konstantsa Baez qərarlaşıb.

Nəzərinizə çatdıraq ki, "Krokus Siti Holl"da reallaşan gecə bəstəkar-ifaçı Emin Ağalarovun təşkilatçılığı ilə baş tutub. Tədbirdə Emin də çıxış edərək öz ifaları ilə şouya maraq qatıb.

Qeyd edək ki, müsabiqədə 86 ölkə iştirak edirdi və onlardan yalnız 16-sı finala vəsiqə qazanmışdı. Azərbaycanı bu yarışda təmsil edən Aysel Manafova final mərhələsinə adlaya bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə